Dərc edildi: Baxış sayı: 551
Avstriya klubu məşqə vaxtından əvvəl başladığı üçün cəzalandırılıb
Avstriya futbol klubu LASK karantin qaydalarını pozduğu üçün cəzalandırılıb.
Buna görə də Avstriya futbol federasiyası komandanın xallarını silib.
Belə ki, klub iyunun 2-də bərpası planlaşdırılan çempionata hazırlıq zamanı sağlamlıq protokoluna əməl etməyib. Çempionat lideri federasiyanın şərtlərinə məhəl qoymayaraq pandemiya dönəmində hamıdan əvvəl məşqlərə başlayıb. Bunun ədalətsiz rəqabət hesab edən yerli federasiya LASK-a cəza kəsərək, 12 xalını silib.
Klub bundan başqa 75 min avro məbləğində cərimələnib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət