Dərc edildi: Baxış sayı: 415
Avstraliyanın baş naziri iynəli çiyələklərdən danışdı: Günahkar 15 il həbs edilsin
Avstraliyanın Baş naziri Skot Morrison meyvələrə iynə salan şəxslərə qarşı cəzanın ağırlaşdırılması və 15 il azadlıqdan məhrum edilmələri barədə təklif səsləndirib.
Trend-in məlumatına görə, federal tədqiat ilk dəfə Avstraliyada 21 yaşlı şəxs çiyələyin içərisinə yerləşdirilmiş iynəni udduqdan sonra başlayıb.
Bundan sonra Kuinslend ştatında mağazalarda çiyələklər satışdan yığışdırılıb.
Yerli polis bu hadisənin çiyələk sənayesinə qarşı təxribat olduğunu bildirir. Artıq Yeni Zelandiya Avstraliyadan çiyələk idxalını dayandırdığını elan edib.
Maraqlı hal odur ki, daha sonra mağazalarda satışda içərisində iynə olan alma və bananlar da aşkar edilib.
Polis araşdırmaları gücləndirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət