Slimfit
  1. TEXNOLOGİYA

Avstraliyalı yeniyetmə “Apple” şirkətinin ana sistemini dağıdıb

Avstraliyalı yeniyetmə “Apple” şirkətinin ana sistemini dağıdıb
Sakura

Avstraliyalı yeniyetmə “Apple” şirkətinin ana sistemini dağıdıb

"Apple" şirkətinin və iPhone telefonlarının hakerlər üçün əlçatmaz olması yerlə bir edilib. Avstraliyanın Melburn şəhərində 16 yaşlı lisey şagirdi “Apple” şirkətinin əsas sistemini dağıdıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Avstraliyanın "The Age" qəzetinin məlumatına görə, Viktoriya Uşaq Məhkəməsi hazırda 17 yaşı olan və adı açıqlanmayan lisey şagirdinin keçən il Melburnda “Apple”nin əsas sisteminə girərək qorunan 90 giqabaytlıq məlumatı öz kompüterinə yükləyərək müştərilərin hesablarına daxil olduğunu bildirib.

“Apple” şirkəti verdiyi açıqlamada əməkdaşlarının icazəsiz daxilolmanı aşkarladığını, vəziyyəti nəzarət altına aldığını və hadisə ilə bağlı hüquq mühafizə orqanlarına xəbər verdiyini qeyd edib.

Qəzetə açıqlama verən yeniyetmə vəkili, onun 16 olan zaman 1 il müddətində bir neçə dəfə “Apple”nin sisteminə daxil olduğunu bildirib. O, deyib ki, yeniyetmə gələcəkdə “Apple”də işləmək xəyalında olub.

Polis gəncin evinə basqın zamanı onun kompüterində "hacky hack hack" adını verdiyi qovluğun içində məlumatların saxlandığını aşkar edib.

Gəncin evindən götürülən iki “Apple” notbukunun seriya nömrəsinin “Apple”nin sisteminə daxil olan cihazların seriya nömrəsi eyni olduğu üzə çıxıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR