Dərc edildi: Baxış sayı: 589
Avstraliyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb
Avstraliyada “2019-nCoV” yeni növ koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.
“Reuters” agentliyi xəbər verir ki, yoluxma hadisəsi Viktoriya ştatında müəyyən edilib.
Virusa yoluxan şəxsin Avstraliyaya cari ilin yanvar ayında gələn Çin vətəndaşı olduğu bildirilir.
O, Melburn şəhərinin yaxınlığındakı xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, 2019-cu il 31 dekabrda Çin hökuməti Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin başlandığını açıqlayıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni koronavirus növü olduğu məlum olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət