Dərc edildi: Baxış sayı: 373
Avstraliyada dronlar qeydiyyata alınacaq
Avstraliya Aviasiya Təhlükəsizliyi Təşkilatı (CASA) ölkədə 250 qramdan çox ağırlığı olan insansız hava vasitələrinin istifadəsi ilə bağlı yeni tələblər irəli sürüb.
"Report" xəbər verir ki, ABC Televiziya və Radio Korporasiyasının məlumatına görə, bu ilin 1 iyulundan başlayaraq dron istifadə etmək istəyən şəxs xüsusi lisenziya almalı və cihazı qeydiyyatdan keçirməlidir.
CASA tərəfindən hazırlanan qaydalar paketinə görə, dronların sahibləri xüsusi onlayn kurslarda təlim keçəcək, lisenziya alacaq və cihazlarını qeydiyyatdan keçirəcəklər. Qeyd olunub ki, bütün mövcud dronlar haqqında məlumatlar Aviasiya Təhlükəsizliyi Təşkilatının sahib olduğu vahid məlumat bazasında saxlanılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət