Dərc edildi: Baxış sayı: 462
Avrozonada ÜDM 12 faizə qədər azalıb
Pandemiya dövründə Avrozonada ÜDM (Ümumi Daxili Məhsul) 2020-ci ilin ikinci rübündə 11,9 faiz azalıb.
“Eurostat” xəbər verir ki, illik bazada bu rəqəm daha da yüksək olub, 14,4 faiz təşkil edir.
Bunlar son on ildə ən aşağı göstəricilərdir.
Bu dövrdə ÜDM-də kəskin azalmasının koronavirusun Avropada sürətlə yayılmasının birbaşa nəticəsi olduğu bildirilir. Bu, bölgədə mal və xidmətlərin ixracı və idxalının həcmini əhəmiyyətli dərəcədə azaldıb.
Ekspertlər hesab edir ki, bu gün açıqlanan rəqəmlər COVID-19-un Aİ-yə (Avropa İttifaqı) iqtisadi təsirini tam əks etdirə bilməz. Əsl görüntü yalnız sentyabr ayında aydın olacaq.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət