Slimfit
  1. DÜNYA

"Avroviziya"nın iştirakçısı İsveçdə mühakimə oluna bilər

"Avroviziya"nın iştirakçısı İsveçdə mühakimə oluna bilər
Sakura

"Avroviziya"nın iştirakçısı İsveçdə mühakimə oluna bilər

Avroviziya-2024 mahnı müsabiqəsinin niderlandlı iştirakçısı Yost Klyayn etdiyi təhdidlərə görə cinayət təqibinə məruz qala bilər.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, polis istintaqı əsasən başa çatıb, ilkin məhkəmə baxışı artıq müəyyən edilib.

Yost Klyayn Avropa Yayım Birliyinin əməkdaşına qarşı qanunsuz təhdidlər etməkdə şübhəli bilinir ki, bu da hökm çıxarıldıqda cərimələrə səbəb ola bilər.

İşə "sürətləndirilmiş məhkəmə təqibi" çərçivəsində baxılır, yəni polis müdaxilədən dərhal sonra cinayəti araşdırır. "Sürətləndirilmiş təqib" çərçivəsində şübhəlinin sənədləşmə işlərində iştirak etməli olduğu vaxt da göstərilir. Bu müddət başa çatdıqdan sonra iş prokurora verilir.

Yost Klyayn saxlanılmayıb və ötən bazar günü, mayın 12-də İsveçi tərk edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR