Dərc edildi: Baxış sayı: 430
Avropanın ən zəngin insanı bir gündə 5 milyarda yaxın pul itirdi
Dekabrın 3-də “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun prezidenti Bernar Arno 4,8 milyard dollar pul itirib. “Qafqazinfo” bildirir ki, buna “Forbes Real Time”in göstəriciləri dəlalət edir.
Hazırda Avropanın ən zəngin insanının kapitalı 102,9 milyard dollar təşkil edir. Onun sərvəti ABŞ-ın Fransadan gələn mallara vergi tətbiq edəcəyi barədə yayılan məlumatlardan sonra azalıb.
“Forbes”in məlumatlarına əsasən, həmin gün “Euronext” birjasında “LVMH”nin aksiyaları da düşüb. Bundan başqa, aksiyaların düşməsi halı ilə Fransanın digər lüks sənaye məhsulları istehsalçıları da üzləşib. Belə ki, “Hermes”in qiymətli kağızları 2,11%, “Kering”in isə 1,7% ucuzlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət