Avropanın ən sadiq futbolçularının reytinqi açıqlandı
"Transfermarkt" saytı öz "Instagram" hesabında Avropanın Top-10 liqalarında klubuna ən sadiq futbolçuların infoqrafikasını yerləşdirib.
"Report"un məlumatına görə, Rusiyanın MOİK klubunun qapıçısı İqor Akinfeyev reytinqdə ilk pilləni tutub.
Moskva təmsilçisinin 34 yaşlı kapitanı 17 il 3 aydır sözügedən komandanın formasını geyinir.
İkinci sırada Fransa "Sent-Etyen"inin müdafiəçisi Loik Perren qərarlaşıb - 16 il 9 ay. "Barselona"nın kapitanı Lionel Messi isə 16 il 3 aylıq müddətlə 3-cü olub.
Klublarına ən sadiq futbolçuların sıralamasında ilk "onluq" aşağıdakı kimidir:
1. İqor Akinfeyev (MOİK, Rusiya) - 17 il 3 ay
2. Loik Perren ("Sent-Etyen", Fransa) - 16 il 9 ay
3. Lionel Messi ("Barselona", İspaniya) - 16 il 3 ay
4. Françesko Manyanelli ("Sassuolo", İtaliya) - 14 il 9 ay
5. Corco Kyellini ("Yuventus", İtaliya) - 14 il 9 ay
6. Serxio Ramos ("Real Madrid", İspaniya) - 14 il 7 ay
7. Semmi Bossyut ("Zulte Varegem", Belçika) - 13 il 9 ay
8. Bruno Soriano ("Vilyarreal", İspaniya) - 13 il 9 ay
9. Dieqo Lopes ("Espanyol", İspaniya) - 13 il 9 ay
10. Marselo ("Real Madrid", İspaniya) - 13 il 3 ay
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət