Dərc edildi: Baxış sayı: 658
Avropadan Rusiyaya Gözlənilməz Zərbə
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini yarım illiyinə uzadıb.
Publika.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk "Twitter"də yazıb.
"Qərar: Aİ Minsk razılaşmalarının həyata keçirilməsində heç bir irəliləyiş olmadığını nəzərə alaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaları yekdilliklə uzadır", - deyə Tusk bildirib.
Bundan əvvəl isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməyəcəyi bildirilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət