Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Avropada turistlər üçün yeni qaydalar

Avropada turistlər üçün yeni qaydalar
Sakura

Avropada turistlər üçün yeni qaydalar

Avropada koronavirus infeksiyasının növbəti yayılmalarından və pandemiya səbəbindən tətbiq olunan bir sıra məhdudiyyətlərin qaldırılmasından sonra turistlər üçün yeni giriş qaydaları nəzərdə tutulur.

Bu barədə “Vestnik ATOR” xəbər yayır.

Avropa İttifaqının qərargahından bildirilib ki, sərhədlərin bağlanması və səyahət məhdudiyyətlərinin tətbiqi hərəkətə və turist axınının bərpasına maneçilik törədir.

Buna görə də xarici vətəndaşların COVID-19 üçün ikiqat testdən keçmə ehtimalı müzakirə olunur.

Oxşar sxem İslandiyada bu gün tətbiq ediləcək - yeni şərtlərə görə, bütün turistlərdən beş günlük karantin və iki test tələb olunur.

İlk test dərhal gəldikdən sonra, ikincisi - karantinin dördüncü və ya beşinci günündə verilir. Hər iki testin cavabı mənfi olarsa, ölkəyə gələnlər özünütəcrid rejimindən çıxa bilərlər.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR