Avropada qadağan olunmuş tamaşa Bakı səhnəsində
“YUĞ” Dövlət Teatrı “Vəsvəsə” tamaşası ilə 30-cu teatr mövsümünə yekun vurub.
“Qafqazinfo” xəbər verir ki, sözügedən tamaşa tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanıb. İlk dəfə 1882-ci ildə səhnələşdirilən bu əsərdə burjua ailəsinin dağılmasının faciəsindən, eləcə də cəmiyyətdə qadağan edilmiş mövzulardan bəhs edilir. Buna görə də pyesin səhnələşdirilməsinə Avropanın bir çox ölkələrində icazə verilməyib.
Tamaşada rolları Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) ifa ediblər.
“Vəsvəsə” tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət