Avropada ictimai nəqliyyatın pulsuz olacağı ilk ölkə
Lüksemburq - dünyada ictimai nəqliyyatın tamamilə pulsuz olacağı ilk dövlətdir.
Bu qərar seçki kampaniyası vədlərindən biridir. Digər hökumət qərarlarlarına tələbələr üçün pulsuz avtobuslar və ucuz qiymətə qatar biletləri daxildir.
Hesab olunur ki, belə qərar nəqliyyat sistemini ümumilikdə yaxşılaşdıracaq. Həmçinin bu, ölkənin əziyyət çəkdiyi böyük tıxacları azaldacaq.
Ens.az xəbər verir ki, paytaxtın təxminən 115 min sakini var, amma əlavə 400 min insan isə şəhərə işləmək üçün gəlir. Hər gün Fransa, Belçika və Almaniyadan 200 minə yaxın insan Lüksemburqa gəlir.
Bu, ona gətirib cıxardı ki, 2016-cı ildə hər kəs tıxacda 33 saat qalmalı oldu.
Nəqliyyat artıq 2019-cu ilin yayında pulsuz olmalı idi, amma infrastruktur naziri Fransua Bauş bildirdi ki, bu, 2020-ci ilin martında reallaşacaq.
Ötən il nəqliyyat 20 yaşından az olan sakinlər üçün pulsuz olmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət