Dərc edildi: Baxış sayı: 527
Avropada çimərliklər məhdudiyyətlərlə açılıb
Avropanın cənub ölkələrində koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejimindən sonra çimərliklər açılıb.
Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, İspaniya, İtaliya və Fransada çimərliklərdə müəyyən şərtlər tətbiq olunacaq.
İspaniyada sahil təhlükəsizlik məqsədilə zonalara bölünüb. İtaliyada çimərliklərdə istirahət edənlər arasında azı 10 metr məsafə saxlanması şərti tətbiq olunub.
Fransada isə çimərlikdə uzanmaq və günəş vannası qəbul etmək qadağan olunur. Çimərlikdə olarkən mütləq hərəkət etmək (gəzmək və ya üzmək) tələbi irəli sürülüb.
Mütəxəssislər hesab edir ki, duzlu suda virusa yoluxma riski çox aşağıdır, üzmək isə immuniteti möhkəmləndirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət