Slimfit
  1. DÜNYA

Avropada anomal istilər minlərlə insanın ölümünə səbəb ola bilər

Avropada anomal istilər minlərlə insanın ölümünə səbəb ola bilər
Sakura

Avropada anomal istilər minlərlə insanın ölümünə səbəb ola bilər

Mərkəzi və Qərbi Avropa ölkələrində anomal istilər qeydə alınıb. Fransa, İspaniya və Portuqaliyada havanın temperaturu rekord həddə çatıb. Avropanın digər ölkələrində də bu həftənin sonunadək havanın orta hərarətinin 10-15 dərəcə selsi artacağı gözlənilir.

AZƏRTAC Euronews saytına istinadla xəbər verir ki, anomal istilərin səbəbi Şimali Atlantikadakı tufan və Mərkəzi Avropada güclü antisiklonun olmasıdır. Onların birləşməsi Böyük səhrada qızmar havanın sorulmasına səbəb olur, bu vəziyyətin nə qədər davam edəcəyi isə məlum deyil. Sinoptiklər bu istiləri 2003-cü ildə Avropadakı ən qızmar yay ayları ilə müqayisə edirlər. Həmin il anomal istilər on minlərlə insanın ölümünə səbəb olmuşdu.

Potsdam Universitetinin professoru Ştefan Ramştorfun sözlərinə görə, anomal isti havalar “səssiz qatil”ə bənzəyir. Belə ki, 2003-cü ildə bu cür havalar 70 min insanın ölümünə səbəb olub. Ötən il Almaniyada mindən çox sakin də qızmar havaların qurbanına çevrilib. Alimlər xəbərdarlıq edirlər ki, bu il anomal istilər daha tez başladığı və avropalıların yüksək temperatura alışmadığı üçün ölənlərin sayı daha çox ola bilər.

Son günlər İspaniya və Fransada 39 və 40 dərəcə istilərdə əksəriyyəti yaşı insanlar olmaqla bir çox sakin vəfat edib. Avstriya, Almaniya və İsveçrədə də yaxın günlərdə havanın hərarətinin bu səviyyəyə yüksələcəyi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR