Slimfit
  1. DÜNYA

Avropa yay-qış vaxtına keçiddən imtina edir

Avropa yay-qış vaxtına keçiddən imtina edir
Sakura

Avropa yay-qış vaxtına keçiddən imtina edir

Avropa ölkələri yay-qış saatının tətbiqindən imtina edir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, iyul ayında saatların geri çəkilib-çəkilməməsi barədə 5 milyona yaxın vətəndaş arasında sorğu keçirilib.

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib ki, sorğuda iştirak edənlərin 80 faizi yay-qış saatı tətbiqinin ləğv edilməsinin tərəfdarıdır: “Bu məsələ barədə qərar veriləcək. Milyonlarla insan yay saatının qalmasını istəyir”.

Saatların geri çəkilməməsi üçün dəyişiklik Aİ-ə üzv ölkələrin hökümətləri və AvropaParlamentində təsdiqlənməlidir.

Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən, ölkə ərazisində yay vaxtına keçid ləğv olunub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR