Avropa Türkiyənin pulunu belə kəsir - Ekspert açıqladı
Avropa Birliyi (AB) Türkiyənin maliyyə dəstəyi ilə bağlı tələbini rədd etmək üçün miqrant sayını az göstərir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksandr Fitin deyib.
“Almaniyada yerləşən mərkəzin miqrant sayını azaltmaq istəyi ortadadır. Türkiyə isə bu rəqəmi yüksək saxlamaq istəyir. Məsələ ondadır ki, miqrantların sayı ilə bağlı dəqiq hesablama aparmaq mümkün deyil. Lakin təqribi rəqəm odur ki, Türkiyədə hazırda 3,5 milyondan çox qaçqın sığınacaq tapıb. Onların da 95 faizini suriyalılar təşkil edir”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Almaniyanın İnteqrasiya və Miqrasiya Araşdırmaları Mərkəzi Türkiyədə qaçqınların sayının 3 milyon 600 min deyil, 2,7-3 milyon arasında dəyişdiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət