Slimfit
  1. AZƏRBAYCAN

Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib

Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib
Sakura

Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə olaraq prezident vəzifəsinə seçilib

Dekabrın 4-də Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ali idarəetmə orqanı olan Bürosu, o cümlədən prezident vəzifəsinə seçkilər keçirilib.

"Report" Avropa Şurasına istinadən xəbər verir ki, bu seçkilər Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb. Avropa Şurasının Katibliyinin nümayəndələri tərəfindən monitorinq olunan bu seçki prosesi tam şəffaflıq və demokratik şəraitdə həyata keçirilib.

Avropa Şurasının rəsmi saytındakı məlumatlara görə, yarandığı gündən bu qurumun rəhbərləri adətən Qərbi Avropa ölkələri (Almaniya, İtaliya, İngiltərə, Avstriya) nümayəndələri olublar.

Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisi hakim Ramin Qurbanov Avropa Şurasının ədliyyə və insan hüquqları sahəsində ən mötəbər qurumunun yüksək vəzifəsinə seçilib.

 

 

Plenar iclasda, həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının vitse-prezidenti və Bürosunun iki üzvü vəzifələrinə Fransadan xanım Laetitia Brunin və Maltadan Françesko Depaskuel seçiliblər.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutu sahəsində Avropa Şurasının ixtisaslaşan qurumu kimi yaradılıb və Avropa Şurasının mötəbər qurumlarından olaraq Avropa dövlətlərinə ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, habelə bu sistemlərin Avropa Şurasının norma və standartları səviyyəsinə gətirilməsi sahəsində kömək edir.

Belə yüksək vəzifəyə Azərbaycan nümayəndəsi hakim Ramin Qurbanovun seçilməsi tarixi bir hadisə olaraq bu kimi rəhbər yerlərdə yalnız Qərbi Avropa ölkələri nümayəndələrinin seçilə biləcəkləri barədə mövcud ənənəvi yanaşmaları tamamilə dəyişdi. Burada dövlət başçısının uğurlu xarici siyasəti və ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, habelə Azərbaycan nümayəndəsinin peşəkar hazırlığı, onüçillik fədakar fəaliyyəti zamanı Avropa Şurasının belə bir qurumunun işinə verdiyi töhfələri əhəmiyyətli rol oynadı.

Rus, ingilis, alman və fransız dillərində danışan R.Qurbanov öz ölkəsini beynəlxalq arenada layiqincə təmsil edə bildi və Azərbaycanla Avropa Şurası arasında olan qarşılıqlı münasibətlərə öz tarixi töhfəsini verməyə müvəffəq oldu.

R.Qurbanov Bakı və Moskva şəhərlərində hüquq üzrə ali təhsil müəssisələrini fərqlənmə diplomları ilə bitirib, elmlər namizədi və elmlər doktoru dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edib, habelə ABŞ-ın nüfuzlu elmi-tədqiqat mərkəzlərində hüququn müxtəlif sahələrinə dair elmi araşdırmalarını aparıb. R.Qurbanovun fəaliyyəti 1997-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx bağlıdır və o, Avropa Şurasının fransız və isveçrəli alimləri ilə birgə hazırlanmış bir sıra elmi nəşrlərinin həmmüəllifidir.

1996-cı ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə işlədikdən sonra o, 2013-cü ildə cinayət sahəsi üzrə hakim vəzifəsinə təyin olunmuşdur. R.Qurbanov Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” və “Elektron icra” sistemlərinin yaradılması və tətbiqi üzrə İşçi Qrupunun rəhbəri kimi fəaliyyət göstərərək Azərbaycanın məhkəmə sistemi üçün çox dəyərli işlər görməkdədir.

Ramin Qurbanovun ölkəsini beynəlxalq aləmdə layiqincə təmsil etməsi və prezident vəzifəsinə seçilməsi kimi yüksək tarixi nailiyyətə imza atması təsadüfi hadisə deyil. O, Azərbaycanın görkəmli dilçi alimi, hazırkı Azərbaycan Əlifbasının müəllifi, Azərbaycan dilçiliyində Onomastika Elmi Məktəbinin banisi, ümumi və Azərbaycan diliçiyi sahəsində fundamental əsərlərin yaradıcısı, əməkdar elm xadimi, dövlət mükafatı laureatı akademik Afad Qurbanovun oğludur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR