Slimfit
  1. DÜNYA

Avropa Şurasının rəhbəri Aİ-Çin sammitinin keçiriləcəyini açıqlayıb

Avropa Şurasının rəhbəri Aİ-Çin sammitinin keçiriləcəyini açıqlayıb
Sakura

Avropa Şurasının rəhbəri Aİ-Çin sammitinin keçiriləcəyini açıqlayıb

Avropa Şurasının Prezidenti Şarl Mişel dekabrın 7-8-də Aİ-Çin sammitində iştirak etmək üçün Çinə səfər edəcək.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bu barədə Ş.Mişel "LCI" televiziya kanalının efirində deyib.

"Dekabrın 7 və 8-də Çində Çinin sədri [Si Tsinpin] və onun komandaları ilə ikitərəfli sammitimiz olacaq", - deyə o bildirib.

O, nümayəndə heyətinin tərkibinə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin daxil olacağını da qeyd edib.

Ş.Mişel vurğulayıb ki, Avropa Şurası bir neçə aydır ki, Aİ adından irəli sürəcəyi ümumi mövqe hazırlayır. Onun sözlərinə görə, bu, Avropanın Çinlə münasibətləri saxlamaq istəyinə əsaslanan “balanslaşdırılmış mövqedir”. Avropa Şurasının rəhbəri əlavə edib ki, Brüssel “Çindən müəyyən məhsulların tədarükü kontekstində münasibətləri balanslaşdırmaqla öz iqtisadi maraqlarını müdafiə etmək” niyyətindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR