Slimfit
  1. SİYASƏT

Avropa Şurasının prezidenti Donald Tusk dörd il sonra Qafqaza qayıdıb

Avropa Şurasının prezidenti Donald Tusk dörd il sonra Qafqaza qayıdıb
Sakura

Avropa Şurasının prezidenti Donald Tusk dörd il sonra Qafqaza qayıdıb

Avropa Şurasının prezidenti Donald Tusk dörd il sonra Qafqaza qayıdıb, üç günlük səfəri çərçivəsində burada yenə Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri və ictimaiyyəti ilə yenidən saatını tutuşdurub.

Dörd il ərzində bu ölkələrdə bir çox dəyişikliklər baş verib, baxmayaraq ki, kənardan elə görünür ki, Cənubi Qafqazda qızğın yay həyatı səlis ritmə keçib, Tbilisidə Rusiyanın deputat truppasının iştirakı ilə parlament qalmaqalı bu ritmi bir qədər pozub.

Tuskun Qafqaza gəlmədiyi dörd il ərzində üç Cənubi Qafqaz ölkəsinin aktyoru olduğu Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının formatında və bu dövlətlərin özlərində qlobal xarakterli dəyişikliklər baş verib.

2015-ci ilin iyulunda Tuskun səfəri zamanı "Şərqt Tərəfdaşlığı"nda Gürcüstan, Moldova və Ukraynanın şəxsində Avropa hərəkatının üç lideri və Azərbaycan, Ermənistan və Belarusun şəxsində üç autsayderi var idi. Bu müddət ərzində tarazlıq pozulub və liderlər cərgəsinə Ermənistan əlavə olunub.

Skeptiklər ŞT-nin 2015-ci il Riqa sammitinin nəticələrinə görə Brüsselin proqram iştirakçıları ilə paket münasibətlərindən fərqləndirilmiş münasibətlərə keçidinin Şərqə sıçrayış ideyasını dəfn edəcəyini iddia edərkən yanılıblar. Amma bu müddət ərzində əsasən layihə ölkələrinin cəmiyyətlərində dalğavari dəyişikliklərin şahidi olduq, bu dəyişikliklər altı ölkənin hər birinin ictimai təfəkküründə dəyişikliklər zərurəti anlayışını xeyli təşviq edib.

Maraqlıdır ki, ŞT ölkələrinin heç birində elitalar avrointeqrasiyanın gücləndirilməsinə hazır olduqlarını dilə gətirməyib, hətta Gürcüstan kimi lider ölkədə belə son böhran buna dəlalət edir.

Bu mənada elitaların müqavimət göstərdiyi Avrointeqrasiya yenə də ictimai fəallıq və hökuməti xalqın fikrini az-çox nəzərə almağa vadar edən ictimai əhəmiyyət toxumlarını cücərdib.

Avrointeqrasiyanın ilk dörd ölkəsində belə olub, autsayder ölkələrdə də bu baş verir. Dörd il ərzində Azərbaycanda hökumət daimi iqtisadi inkişaf, cəmiyyət üzərində informasiya nəzarəti ipinin ucunu qaçırıb və nəticədə həyat səviyyəsinin kəskin şəkildə düşməsi, makrogöstəricilərin dəyişməsi, cəmiyyətin artan fəallığı və müqaviməti ilə qarşılaşıb.

Hökumət xarici siyasət səviyyəsində də təcrid olunub, burada illərlə hazırki və keçmiş Avropa məmurlarından formalaşan müdafiə sistemi "kürü diplomatiyası" və "Azərbaycan paltaryuyanı" kimi qalmaqallı ifşaların təzyiqi altında təslim edilib.

Dörd il əvvəl də olduğu kimi, Tusk Bakıda demokratiya, insan hüquqları, qanunun aliliyi və Şərq Tərəfdaşlığı çərçivəsində danışıqların digər bu kimi predmetləri ilə bağlı məsələləri və problemləri açıq-aşkar diqqətdən kənarda qoyub. Amma bu, o demək deyil ki, Avropa Şurasının prezidenti prezident Əliyevlə söhbət zamanı bu mövzuda danışmayıb. İki prezidentin yekun çıxışında bu problemlər haqqında xatırlatma eşitmədik, bu, tərəflərin onunla bağlı konsensus əldə etmədiyini, demokratiya məsələlərinin başa düşülməsində onların yollarının ayrıldığını və bu barədə deyəcək sözlərinin olmadığını göstərə bilər.

Qdanskda antikommunist Müstəqil Tələbə İttifaqının təşkilatçılarından biri və ötən əsrin 80-ci illərinin sonlarında "Həmrəylik"in iştirakçısı kimi Tusk, diplomatik statusuna baxmayaraq, çətin ki, Azərbaycanda baş verənləri anlayışla qarşılaya bilsin.

Cümə axşamı, iyulun 11-də Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş "Gürcüstanın Avropa yolu" mövzusunda beynəlxalq konfransın açılışında çıxış edən Tusk Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin kollapsının dövrün böyük səhvi olduğu haqqında sözlərinə etiraz edib: "Bildirmək istəyirəm ki, SSRİ-nin kollapsı və dağılması Gürcüstan, Polşa, Mərkəzi və Şərqi Avropa üçün, hətta, əminəm ki, elə Rusiyanın özü üçün də çox müsbət hadisə olub".

Avropa İttifaqında çoxları belə düşünür, amma Azərbaycanın hakim elitasında deyil. Avtotitarizmə və demokratiyaya baxışlarda bu suayrıcı Aİ və Azərbaycan arasında münasibətlərdə həlledici amil olaraq qalacaq.

Tuskun Qafqaza birinci səfəri anından etibarən suayrıcının nəticələrinə baxsaq, məntiqi olaraq bu dünyagörüşü toqquşmasının nəticələrinin nələr ola biləcəyini təxmin etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR