Slimfit
  1. DÜNYA

Avropa şəhərlərinin reytinqi açıqlandı

Avropa şəhərlərinin reytinqi açıqlandı
Sakura

Polşanın Krakov şəhəri büdcə turizminə görə ən yaxşı Avropa şəhərlərinin reytinq cədvəlinə başçılıq…

Polşanın Krakov şəhəri büdcə turizminə görə ən yaxşı Avropa şəhərlərinin reytinq cədvəlinə başçılıq edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Which” istehlakçı assosiasiyası məlumat yayıb. Assosiasiya büdcə səyahətləri üçün şəhərlərin reytinq cədvəlini tərtib edib.

Onlar Avropa şəhərlərini 6 kriteriya üzrə qiymətləndiriblər: yaşayış şəraiti, mədəni qonaqpərvərlik, ərzaq və içkilər, nəqliyyat, alış-veriş imkanları və ümumilikdə qiymət səviyyəsi. Krakov reytinqin lideri olub. İspaniyanın Valensiya şəhəri ikinci yerdə, Budapeşt üçüncü yerdə qərarlaşıb.

Ən yaxşı beşliyə İtaliya Bolonya şəhəri və Almaniyanın paytaxtı Berlin də daxildir. Siyahıda növbəti yerləri İspaniyanın Sevilya və Barselona, Avstriyanın paytaxtı Vyana, Portuqaliyanın Funşal şəhəri və Niderlandın paytaxtı Amsterdam tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR