Avropa Rusiyadan maye qaz alışını da dayandırır
Avropa İttifaqı Rusiyandan maye qaz alışını da dayandırmağa hazırlaşır. "Bloomberg" agentliyinin bununla bağlı yaydığı məlumata görə, bunun üçün xüsusi sanksiyaya ehtiyac qalmayacaq.
Ens.az Musavat.com-a istinadən xəbər verir ki Avropa İttifaqı energetika nazirləri üzv ölkələrin hökumətlərinə maye qaz daşınması və idxalı infrastrukturunun əvvəlcədən kirayələnməsini dayandırmaq səlahiyyəti verən təklif hazırlayıblar. Bu, Avropa İttifaqı ölkələrinin hökumətlərinə imkan verəcək ki, istənilən ölkədən maye qaz idxalını dayandıra bilsinlər.
Müvafiq təklifi əks etdirən sənədə istinad edən Agentlik bildirir ki, bu mexanizmin işləməsi üçün bəzi ölkələrə birlik üzvləri və Avropa Komissiyası ilə məsləhətləşmələrə ehtiyac yarana bilər.
Avropa İttifaqı bu addımlar Rusiyanın enerjidaşıyıcıları asılılığının daha da azaldılmasına nail olmaq niyyətindədir.
Qeyd edək ki, 2022-ci ildə Rusiya maye qaz ixracını əvvəlki illə müqayisədə 8,6 faiz artıraraq 33 milyon tona çatdırıb. Bunun yarıdan çoxu – 17 milyon tonu Avropaya reallaşıb ki, bu da əvvəlki ildəkindən 20 faiz çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət