Dərc edildi: Baxış sayı: 523
Avropa Mərkəzi Bankı koronavirusa qarşı tədbirlər görəcək
“Aşağı faiz dərəcələri və yüksək inflyasiya Avropa Mərkəzi Bankına (ECB) və digər mərkəzi banklara iqtisadi tənəzzül dövründə pul siyasətini genişləndirməyə mane olur".
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ECB-nin prezidenti Kristin Laqard deyib.
Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentindəin iclasında çıxış edən K.Laqard avrozona iqtisadiyyatının gücünü saxladığını, proqnozlara uyğun böyüdüyünü bildirib. Bununla belə, o, Çində yayılmış koronavirusun narahatlıq yaratdığını, rəhbərlik etdiyi qurumun buna qarşı tədbirlər görməyi planlaşdırdığını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət