Slimfit
  1. MƏDƏNİYYƏT

Avropa Məhkəməsindən "Adidas" qərarı

Avropa Məhkəməsindən "Adidas" qərarı
Sakura

Avropa İttifaqı Ümumi Məhkəməsi Adidasın 3 zolaqlı loqosunun ticarət nişanı olmadığına qərar verdi.

Ens.az xəbər verir ki, Avropa İttifaqı Ümumi Məhkəməsi Adidasın 3 zolaqlı loqosunun heç bir fərqləndirici xüsusiyyətə malik olmaması səbəbiylə ticarət nişanı olmadığı qərarını verdi.

Mərkəzi Lüksemburqda yerləşən, Avropa İttifaqının ən ali məhkəməsi Avropa Ədalət Məhkəməsi tərkibində olan Ümumi Məhkəmə Almaniya mərkəzli idman geyim və ayaqqabı firması Adidasın loqosu haqqında qərar verdi.

Məhkəmə hər hansı istiqamətdə çəkilən 3 paralel xəttin əmələ gətirdiyi Adidas loqosunun heç bir fərqləndirici xüsusiyyət daşımadığı səbəbiylə ticarət nişanı olmadığına qərar verdi.

Adidas sözügedən loqonu 2014-cü ildə Avropa Birliyi Əqli Mülkiyyət Ofisində ticarət nişanı olaraq qeydiyyatdan keçirmişdi. Belçikalı bir firma isə 2016-cı ildə həmin ticarət nişanı qeydiyyatını ləğv etdirmişdi. Adidas ləğv qərarına qarşı məhkəməyə müraciət etsə də, məhkəmə firmanın xeyrinə qərar vermədi.

 

Tərcümə: Vüsal Məmmədov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR