Avropa Liqasında pley-off mərhələsinə start veriləcək
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
"Report"un məlumatına görə, ilk oyunlar çərçivəsində 21 matç baş tutacaq. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Şimali İrlandiyada "Linfild"in qonağı olacaq. Türkiyənin "Trabzonspor" klubu da ilk oyununu səfərdə keçirəcək. Ünal Karamanın baş məşqçisi olduğu kollektiv Yunanıstanda AEK-in müqavimətini qırmağa çalışacaq.
Azərbaycanlı futbolçusu Ayaz Quliyevin çıxış etdiyi Rusiya "Spartak"ı Portuqaliyada "Braqa" ilə görüşdə sərfəli nəticə əldə etməyə cəhd göstərəcək.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18:00. "Astana" (Qazaxıstan) - BATE (Belarus)
19:00. "Ararat" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)
21:00. “Malmö” (İsveç) - “Bney Yehuda” (İsrail)
21:00. "Suduva" (Litva) - "Ferentsvaroş" (Macarıstan)
21:30. “Feyenoord” (Hollandiya) - “Hapoel Bier-Şeva” (İsrail)
21:30. "Ludoqorets" (Bolqarıstan) - "Maribor" (Sloveniya)
21:45. "Kopenhagen" (Danimarka) - "Riqa" (Latviya)
22:00. AEK (Yunanıstan) - "Trabzonspor" (Türkiyə)
22:00. "Legiya" (Polşa) - “Reyncers” (Şotlandiya)
2:30. “Alkmaar” (Hollandiya) - “Antverpen” (Belçika)
22:30. "Styaua" (Rumıniya) - "Vitoriya" (Gimaraynş, Portuqaliya)
22:30. “Gent” (Belçika) - “Riyeka” (Xorvatiya)
22:30. PSV (Holldnaiya) - “Apollon” (Kipr)
22:30. “Strasburq” (Fransa) - “Ayntraxt” (Almaniya)
22:45. "Braqa" (Portuqaliya) - "Spartak" (Rusiya)
22:45. "Seltik" (Şotlandiya) - AİK (İsveç)
22:45. "Linfild" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan)
23:00. “Espanyol” (İspaniya) - “Zarya” (Ukrayna)
23:00. "Partizan" (Serbiya) - "Molde" (Norveç)
23:00. "Slovan" (Slovakiya) - PAOK (Yunanıstan)
23:00. "Torino"(İtaliya) - “Vulverhempton” (İngiltərə)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət