Avropa Komissiyası “Nike” şirkətini 10 milyon avrodan çox cərimələyib
Avropa Komissiyası (AK) qısa qol futbol geyimlərinin satışına məhdudiyyət cəhdlərinə görə “Nike” şirkətini cərimələyib.
Bəzi italyan komandaları da daxil olmaqla, bir sıra futbol klublarının futbolkalarını və idman məhsullarının satışı üzrə pərakəndə mallar satan satıcılara qoyduğu məhdudiyyətlərə görə “Nike” şirkəti 12,5 milyon avro məbləğində cərimənib.
Bildirilir ki, şirkət lisenziyalı məhsulların AİZ (Avropa İqtisadi Zonası) çərçivəsində digər ölkələrə satılmasını tacirlərə qadağan edərək Avropa İttifaqının rəqabət qaydalarını pozub.
“Nike” şirkətinin təxminən 13 il ərzində (2004-cü il iyulun 1-dən 2017-ci ilin 17 oktyabr tarixinədək) göstərdiyi qeyri-qanuni fəaliyyət vahid bazarı parçalayıb və Avropadakı lisenziya sahiblərinin avrozonanın digər ölkələrinə məhsul satışına maneələr yaradıb ki, nəticədə avropalı istehlakçılara böyük zərər dəyib”, – deyə məlumatda bildirilir.
Qeyd edilir ki, şirkətin qoyduğu məhdudiyyətlər “Barselona”, “Mançester Yunayted”, “Yuventus”, “İnter Milan”, “Roma” kimi futbol klublarının brendlərininə, həmçinin müxtəlif dərəcədə təsir göstərib.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət