Slimfit
  1. DÜNYA

Avropa Ittifaqından Feysbuk-a xəbərdarlıq

Avropa Ittifaqından Feysbuk-a xəbərdarlıq
Sakura

Avropa Ittifaqından Feysbuk-a xəbərdarlıq

Avropa İttifaqı Facebook sosial şəbəkəsinə qarşı maliyyə sanksiyası tətbiq edə bilər.

Xeberler.az  bildirir ki, buna səbəb isə Facebookun şəxsi məlumatların istifadəsi üzrə istifadəçi  sazişinin Avropa İttifaqının normalarına cavab verməməsidir. Avropa İttifaqının ədliyyə  üzrə komissarı Vera Yurova deyib ki, Facebook öz öhdəliklərini dekabr ayına kimi yerinə yetirməsə, 2019-cu ilin əvvəlindən milli tənzimləyicilər tərəfindən sanksiyalar ilə qarşılaşacaq. Komissarın sözlərinə görə, facebook istifadəçilərin dərc etdikləri məlumatları hətta ləğv olunandan sonra da saxlayır. Bu məlumatlar mənfəət əldə etmək üçün üçüncü tərəflərə verilə bilər. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ATV.az-a bildirib ki, Azərbaycan da öz qanunvericiliyini beynəlxalq təcrübəyə uyğunlaşdırmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR