Dərc edildi: Baxış sayı: 409
Avropa İttifaqında Azərbaycanla bağlı müzakirə
Milli Məclisin deputatı Cavanşir Feyziyev oktyabrın 24-dən 26-dək Strasburqda səfərdə olacaq.
AzNews.az xəbər verir ki, səfər çərçivəsində Cavanşir Feyziyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin qarşı tərəfdən olan həmsədri Səyyad Kərim, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolaye və Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun üzvləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə qarşılıqlı münasibətlərin cari vəziyyəti və perspektivləri barədə müzakirələr aparılacaq.
Qeyd edək ki, millət vəkili Cavanşir Feyziyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət