Slimfit
  1. DÜNYA

Avropa İttifaqı vətəndaşlarının 60 faizi koronavirus böhranı ilə əlaqədar maliyyə problemləri içərisindədir

Avropa İttifaqı vətəndaşlarının 60 faizi koronavirus böhranı ilə əlaqədar maliyyə problemləri içərisindədir
Sakura

Avropa İttifaqı vətəndaşlarının 60 faizi koronavirus böhranı ilə əlaqədar maliyyə problemləri içərisindədir

Koronavirus böhranı ilə əlaqədar Avropa İttifaqı vətəndaşlarının 60 faizi maliyyə çətinliyi içərisində yaşayır.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki,bu məlumat Avropa Parlamentinin sifarişi əsasında hazırlanmış sorğuda yer alıb. Sorğu 23 aprel – 1 may tarixləri arasında 21 Avropa ölkəsində yaşı 16-dan yuxarı olan 21 mindən artıq sakin arasında aparılıb.

Rəyi soruşulanlardan 30 faizi böhran nəticəsində gəlirlərini itirdiklərini, 23 faiz isə iş yerini itirdiyini və ya məhdud saatlı iş rejiminə keçməli olduğunu bildirib. 14 faiz isə kirayə, gündəlik xərclər, kredit və digər ödənişləri həyata keçirməkdə ciddi problemlər yaşadığını söyləyib. Respondentlərin 10 faizi isə maliyyə sıxıntılarından canını qurtarmaq üçün ailə üzvləri və ya dostlarından maliyyə dəstəyi aldığını etiraf edib. Üç faiz isə böhran nəticəsində iflas həddinə çatdığını qeyd edib.

Rəyi soruşulanların əksəriyyəti Aİ-nin böhrana reaksiyası və onun aradan qaldırılması üçün səylərinindən narazılıq ifadə edib. 74 faiz Aİ-nin pandemiyaya qarşı tədbirlər görməsindən xəbərdar olduğunu bildirib, lakin respondentlərin 42 faizi bu tədbirlərdən razı qaldığını söyləyib. Sorğuda iştirak edənlərin 69 faizi koronavirus pandemiyası kimi böhranlarda Aİ-nin daha çox səlahiyyətə sahib olmasını arzu edib.

İştirakçıların 57 faizi Aİ ölkələri arasında həmrəyliyin daha yüksək formada olmasını tələb edib. Ən narazı respondentlər İtaliya, İspaniya və Yunanıstan vətəndaşları olub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR