Slimfit
  1. DÜNYA

Avropa İttifaqı Şurasının yeni prezidenti seçilib Şarl Mişel kimdir?

Avropa İttifaqı Şurasının yeni prezidenti seçilib Şarl Mişel kimdir?
Sakura

Avropa İttifaqı Şurasının yeni prezidenti seçilib Şarl Mişel kimdir?

Avropa Komissiyasının yeni sədri Almaniyanın keçmiş müdafiə naziri Ursula fon der Lyayen olacaq. Sonradan Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə namizəd də müəyyən edilib.

SİA xəbər verir ki, Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammitində Avropa İttifaqı Şurasının növbəti prezidenti vəzifəsinə Belçikanın Baş naziri Şarl Mişelin namizədliyi barədə razılıq əldə edilib. Şarl Mişel bu vəzifədə Donald Tusku əvəz edəcək. Tusk “Twitter” şəbəkəsindəki mikrobloqunda yazır: “Avropa Şurası Avropa İttifaqı Şurasının yeni prezidenti vəzifəsinə Şarl Mişeli seçib”.

Xatırladaq ki, Aİ üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iyunun 20-21-də Brüsseldə keçirilmiş sammitində Avropa Parlamentinə seçkilərdən sonra Aİ təsisatlarında ali vəzifələri tutacaq namizədlər barəsində razılığa gəlmək mümkün olmayıb. Bununla bərabər, Aİ liderləri arasında Avropa Komissiyasının yeni prezidenti vəzifəsinə namizəd barəsində fikir ayrılıqları yaranıb və Tusk Aİ ölkələrinin liderləri ilə ikitərəfli görüşlər keçirmək üçün sammiti yarımçıq dayandırıb.

Görünür, vəziyyətdən çıxış yolu tapılıb.

Şarl Mişel kimdir?

Avropa İttifaqı Şurasının yeni prezidenti olacaq Şarl Mişel “bir dolu çanta təcrübəyə malik olan” insan kimi məşhurdur. Gənclərin də dəstəklədiyi Şarl Mişel Belçikanın daxili siyasəti sahəsində zəngin təcrübəyə malikdir, üstəlik, cavan olmasına baxmayaraq, siyasətdə veteran sayıla bilər.

Fransızdilli ölkələrin liberal mühitində üstün fiqurlardan biri sayılan Mişel 2014-cü ildə hökumət koalisiyasında ali vəzifəni tutandan əvvəl partiya lideri və Nazirlər Kabinetinin rəhbəri olub.

Həmkarlarının təbirincə desək, Mişelin “damarlarında siyasət qanı axır”. Onun atası Lui Mişel Avropa Komissiyasında Belçika Nazirlər Kabinetində funksioner olub. Şarl Mişel Brüsseldə və Amsterdamda hüquq təhsili alandan sonra Valliyanın Brabant əyalət şurasında çalışıb.

1999-cu ildə 23 yaşlı Şarl Mişel Belçika parlamentinin ən gənc deputatı olub. Bir ildən sonra Valloniya regional administrasiyasında nazir, daha sonra Belçikanın beynəlxalq inkişaf məsələləri üzrə naziri vəzifələrini tutub.

2010-cu il seçkilərində frankofon liberallar uduzanda Mişel bu partiyada liderlik uğrunda mübarizədə Didye Reynderslə qalib gəlir. Şarl Mişelin atasının dövründə başlanmış bu rəqabət hələ də davam edir.

2014-cü ildə ölkədə yaranmış vəziyyət hökuməti sürətlə formalaşdırmağa imkan vermir. Üç flamand partiyası – millətçilər, xristian-demokratlar və liberallar, habelə fransızdilli liberallar ilə Mişelin danışıqları uğurla başa çatır və 38 yaşlı Mişel fransızdilli ölkələrdə çoxluğa malik olmayan administrasiyada ən gənc Baş Nazir vəzifəsini tutur.

Belçikada deyirlər ki, bu koalisiya “göylərdə yaranmayıb”, lakin Belçikanı uğurla idarə edir. Flamandiyalı millətçilərin daxil olduğu komandada bu həmişə siyasətçilər üçün çətin vəzifədir.

Bu gün demək olar heç kəs şübhə etmir ki, Şarl Mişel Avropa ittifaqı Şurasının prezidenti vəzifəsində öz lider keyfiyyətlərini göstərəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR