Slimfit
  1. TEXNOLOGİYA

Avropa İttifaqı sərhədlərində süni intellektli sistem quraşdırılacaq

Avropa İttifaqı sərhədlərində süni intellektli sistem quraşdırılacaq
Sakura

Avropa İttifaqı Macarıstan, Latviya və Yunanıstan sərhədlərində süni intellektə malik “iBorderCtrl”…

Avropa İttifaqı Macarıstan, Latviya və Yunanıstan sərhədlərində süni intellektə malik “iBorderCtrl” “yalan detektoru”nu (poliqraf qurğusu) quraşdıracaq. Yarım il ərzində keçiriləcək testlər uğurlu olacağı təqdirdə analoji sistemlərin ittifaqa üzv digər ölkələrin sərhədlərində də istifadəyə veriləcəyi gözlənilir.

ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, sistemə səsli köməkçi funksiya, bir neçə kamera və məlumatların analizi üçün neyroşəbəkə daxildir. Sərhədin keçilməsi zamanı “iBorderCtrl” vətəndaşdan bunları soruşa bilər: “Çantada nə var? Siz onu açdıqdan və içindəkiləri göstərdikdən sonra o, cavabınıza uyğun olacaq?” Səslə yanaşı, sistem insanın mikrojestlərini və mimikalarını qiymətləndirəcək və bunun əsasında onun doğru və ya yalan danışmasını müəyyənləşdirəcək.

Məlumata görə, altı ay ərzində dörd buraxılış məntəqəsində sınaqları keçiriləcək “iBorderCtrl” sisteminin hazırlanması ilə Macarıstan milli polisi məşğul olacaq.

Macarıstan milli polisinin nümayəndəsi Corc Bultadakis bildirib ki, sərhəd yoxlanışlarının dəqiqliyini və effektivliyini artırmaq üçün test edilmiş və yeni texnologiyaların tətbiqinə başlanılıb. “iBorderCtrlбудет” proqramı adi biometriya çərçivəsindən kənara çıxan məlumatları toplayır və yalan davranış əlamətlərinə diqqət yetirir”, - o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR