Slimfit
  1. DÜNYA

Avropa İranla xüsusi ödəmə mexanizmi yaratdı

Avropa İranla xüsusi ödəmə mexanizmi yaratdı
Sakura

Avropa İranla xüsusi ödəmə mexanizmi yaratdı

Almaniya, Fransa və Böyük Britaniya İranla ticarəti asanlaşdırmaq və ABŞ sanksiyalarından yan keçmək məqsədilə xüsusi ödəmə kanalını rəsmi olaraq yaradıblar.

Bunu Almaniyanın “NDR” teleradio şirkəti bəyan edib. Bununla da, İranla nüvə sazişinin avropalı iştirakçıları Amerika sanksiyalarına qarşı Tehrana verdikləri iqtisadi zəmanət vədini yerinə yetiriblər.

Qeyd olunub ki, ABŞ sanksiyalarından yan keçəcək xüsusi ödəmə kanalı “INSTEX” (Instrument In Support Of Trade Exchanges – Ticarət Birjasının Dətəklənməsi Aləti) adlanacaq. İranla biznes əlaqələri olan qeyri-Avropa xarici şirkətlər də bu kanal vasitəsilə ödəmə əməliyyatlarını icra edə biləcək və Amerikanın sanksiyalarından yayınaraq ziyana düşməyəcəklər.

Azvisuon.az xatırladır ki, sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəlmişdilər.

 

Mənbə: Virtualaz.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR