Slimfit
  1. İDMAN

Avropa çempionatları tarixində ən yaşlı futbolçu karyerasını başa vurub

Avropa çempionatları tarixində ən yaşlı futbolçu karyerasını başa vurub
Sakura

Avropa çempionatları tarixində ən yaşlı futbolçu karyerasını başa vurub

Futbol üzrə Macarıstan yığmasının keçmiş qapıçısı, 43 yaşlı Qabor Kiray karyerasını başa vurduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə komandanın instragam səhifəsində belə bir məlumat dərc edilib: “Sağ ol, Qabor Kiray! Əfsanə karyerasını başa vurur”.

2016-cı il Avropa çempionatında Macarıstan yığmasının əsas heyətində Avstriya komandasına qarşı matçda meydana çıxan Kiray qitə birincilikləri tarixində ən yaşlı oyunçu olub. O vaxt Kirayın 40 yaşından 74 gün keçmişdi. Bundan əvvəl Almaniya yığmasının oyunçusu Lotar Matteus həmin göstərici üzrə rekordçu idi: Matteus 2000-ci il Avropa çempionatında meydana çıxanda yaşı 39-u keçmişdi.

Kiray öz ölkəsinin milli komandasında ilk oyununu 1998-ci ildə keçirib. Macarıstan yığmasının heyətində 108 görüş keçirmiş Kiray bu göstərici üzrə rekordçudur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR