Slimfit
  1. DÜNYA

Avropa Birliyi Belarusa qarşı sanksiyalar hazırlayıb – Siyahıda kimlər var?

Avropa Birliyi Belarusa qarşı sanksiyalar hazırlayıb – Siyahıda kimlər var?
Sakura

Avropa Birliyi Belarusa qarşı sanksiyalar hazırlayıb – Siyahıda kimlər var?

Avropa Birliyi sentyabrın ortalarına qədər Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək.

Ens.az Modern.az-a istinadla xəbər verir ki, sanksiya siyahısına 31 belaruslu məmur, o cümlədən daxili işlər naziri Yuri Karayev daxil ediləcək.

“İlk siyahıda 14 nəfərin adı olsa da, əksər ölkələr bu sayın kifayət etmədiyini bildirdilər” - deyə mənbələrdən biri açıqlama yayıb.

Siyahıda belarus xalqına şiddət tətbiq edən şəxslərin adı var. Prezident Aleksandr Lukaşenko sanksiya siyahısına daxil edilməyib.

Avropa Birliyinin xarici işlər nazirləri adları siyahıda olan şəxslərin bank hesablarını donduracaq və onların Birlik ərazisinə səfər etməsinə qadağa qoyacaq.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR