Avropa Birliyi "Apple"ın "Shazam"ı satın almasını təsdiq edib
Avropa Birliyi (AB), Amerikanın texnologiya şirkəti "Apple"ın "Shazam" musiqi tətbiqini satın almasını təsdiq edib.
"Marja"nın məlumatına görə, AB Komissiyasından bildiriblər ki, "Apple"ın "Shazam" tətbiqini satın almasının rəqabətə mənfi təsiri olmayacaqdır.
Fərdi kompüter, ağıllı telefon və planşetlər üçün mobil proqram olan "Shazam", avadanlıqlardakı mikrofonu istifadə edərək ifa edilən musiqini tanıyır (kim oxuyur, hansı alboma daxildir və s.) .
Avropada fəaliyyət göstərən böyük miqyaslı şirkət birləşmələrinə və ya satınalmalara nəzarət etmək AB Komissiyasının səlahiyyətlərindən biridir. AB Komissiyası, araşdırmaları ilə zidd bir vəziyyət olub olmadığını qiymətləndirir.
Rəqabətə zərər verəcək halların aşkar edilməsi halında AB Komissiyası birləşmə və satınalmaları mane olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət