Slimfit
  1. DÜNYA

Avropa Birliyi agent yetişdirmək üçün məktəb açır

Avropa Birliyi agent yetişdirmək üçün məktəb açır
Sakura

Agentlər elektron savaş üçün hazırlanacaq

Avropa Birliyi agent yetişdirmək üçün kəşfiyyat məktəbi açmaq mövzusunda üzv ölkələrlə razılaşıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Danimarka, Malta və İngiltərədən başqa, 25 AB ölkəsinin müdafiə nazirləri, Qalıcı İş Birliyi Quruluşu (PESCO) razılaşması çərçivəsində bazar ertəsi 17 layihə qəbul edib.

Bu layihələrdən biri elektron savaş xüsusiyyətləri olan agentlər hazırlamaq üçün məktəb açmaqdır.

Məktəbin rəhbərliyini Cənubi Kiprin dəstəyi ilə Yunanıstan edəcək. “Euronews”un xəbərinə görə NATO-nun da dəstəkləyəcəyi məktəbdə AB-yə üzv olan ölkələrdən gələn agentlərə təlim keçiləcək.

Fransa prezidenti Makron və Almaniya kansleri Angela Merkel daha əvvəl verdikləri açıqlamalarda AB-nin ortaq müdafiə sistemi yaratmalı olduqlarını, əks təqdirdə, digər supergüclərin oyuncağı olacaqlarını bildirib.

Qeyd edək ki, kəşfiyyat məktəbini Kanada, ABŞ, Yeni Zellandiya və Avstraliya ilə hazırladığı “Beş Göz” layihəsinə rəqib görən İngiltərə, onun açılmağının qarşısını alırdı. Lakin İngiltərənin verdiyi “Brexit” qərarı əngəlləri də aradan qaldırdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR