Slimfit
  1. AZƏRBAYCAN

Avropa Bank Federasiyasının assosiativ üzvlərinin 48-ci iclası Bakıda keçiriləcək

Avropa Bank Federasiyasının assosiativ üzvlərinin 48-ci iclası Bakıda keçiriləcək
Sakura

Avropa Bank Federasiyasının assosiativ üzvlərinin 48-ci iclası Bakıda keçiriləcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktor Yunus Abdulov Avropa Bank Federasiyasının (ABF) dəvəti ilə qurumun assosiativ üzvlərinin 47-ci iclasında, həmçinin “Avropada Rəqəmsal Maliyyə - 2018” konfransında və “İnkişafın Maliyyələşdirilməsi” adlı Avropa Bankçılıq Sammitində iştirak ediblər.

"Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, ABF-nin assosiativ üzvlərinin 47-ci iclas”nda ABF üzvləri bank və maliyyə sektoru barədə fikirlərini bölüşüb, Avropa İttifaqına üzv ölkələrin ümumi iqtisadi vəziyyəti və gələcək inkişaf perspektivləri, Avropada bankçılığın cari vəziyyəti, qarşıdakı layihələr, Federasiyanın fəaliyyətindəki yeniliklər və gələcək planlar, eləcə də Federasiyanın üzvlərlə birgə həyata keçirdiyi “Maliyyə Savadlığı” layihəsi ilə əlaqədar məsələlər barədə geniş müzakirələr aparılıb.

ABA-nın İcraçı direktoru Yunus Abdulov ABF-nin assosiativ üzvlərinin 47-ci iclasında Azərbaycan iqtisadiyyatı, maliyyə bank sektorunun cari vəziyyəti, qarşıdakı çağırışlar, bank və maliyyə sektorunda son dövrlər həyata keçirilən islahatlar barədə çıxış edərək iclas iştirakçılarını məlumatlandırıb.

İclasın sonunda ABF-nin 48-ci iclasının Bakıda keçirilməsi qərara alınıb.

“Avropada Rəqəmsal Maliyyə - 2018” konfransında rəqəmsal transformasiya, texnologiya və innovasiyalardan, əsas mövzusu inkişafın maliyyələşdirilməsi olan Avropa Bankçılıq Sammitində isə iqtisadiyyatın maliyyələşdirilməsində bankların rolu - biznes və ev təsərrüfatları, Avropanın iqtisadi durumu, maliyyə problemləri və imkanlardan bəhs edilib.

Qeyd edək ki, AFB Avropada bank sektorunun səsi olmaqla Avropanın 32 milli bank assosiasiyasını birləşdirir, bu assosiasiyalar Avropada ümumilikdə 4 500 Avropa bankını, 2,5 mln. bank əməkdaşını təmsil edir. ABA 2008-ci ilin fevral ayından Avropa Bank Federasiyasının(ABF) assosiativ üzvüdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR