Dərc edildi: Baxış sayı: 473
Avropa artıq İranı qoruya bilmir - Knaysl
İranla nüvə razılaşmasını qoruyub saxlamaq Avropa üçün çətinləşir.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl deyib.
“Biz hamımız nəzəri baxımdan nüvə razılaşmasına bağlıyıq. Fransa Maliyyə Nazirliyinin bir hissəsi kimi İNSTEX hesablama mexanizmi yaradılıb. Bütün dəyişiklikləri və bir müddət əvvəlki hərbi eskalasiyanı nəzərə alsaq, nüvə razılaşmanı qoruyub saxlamaq çətinləşir”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət