Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Avromobil sükanı unitazın oturacağından daha çirkliymiş

Avromobil sükanı unitazın oturacağından daha çirkliymiş
Sakura

Avromobil sükanı unitazın oturacağından daha çirkliymiş

Ens.az bildirir ki, ABŞ Milli Biotexnologiya Məlumat Mərkəzinin alimləri avtomobil salonlarının vəziyyətini araşdırıblar. Tədqiqatçılar avtomobildə olan bakteriyaların sayının tualetdəki zərərli mikroorqanizmlərin sayından çox olduğunu müəyyən ediblər. Maraqlıdır ki, avtomobilin sükan çarxı unitaz oturacağından dörd qat daha çirkliymiş.

"Avtomobilin sükan çarxında, eləcə də salonundakı digər səthlərdə ən çox yayılmış bakteriya növləri qida zəhərlənməsi və dəri infeksiyası ilə əlaqəli bir çox xəstəliklərin səbəbi olan stafilokoklardır. Avtomobillərimizdə daha çox qonaq olan digər bakteriyalar isə müxtəlif iltihablara və infeksiyalara səbəb olan propion turşusularıdır". Amerika alimləri deyirlər.

Sürücü avtomobildə yemək yeyərsə, onun avtomobilində bakteriyaların ortalama 700 ştammına rast gəlinməsi mümkündür. Statistikalar göstərir ki, sürücülərin 32% -i ildə bir dəfə avtomobilin salonunda ətraflı təmizlik aparır. Avtomobil sahiblərinin 12% -i salonlarını heç vaxt təmizləmədiklərini söyləyiblər.

Mənbə: ww.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR