Slimfit
  1. İDMAN

Avrokuboklarda II təsnifat mərhələsinə vəsiqə qazanacaq ilk komandalar müəyyənləşəcək

Avrokuboklarda II təsnifat mərhələsinə vəsiqə qazanacaq ilk komandalar müəyyənləşəcək
Sakura

Avrokuboklarda II təsnifat mərhələsinə vəsiqə qazanacaq ilk komandalar müəyyənləşəcək

Bu gün 2019/2020 avrokubok mövsümündə II təsnifat mərhələsinə vəsiqə qazanacaq ilk komandalar müəyyənləşəcək.

Report” xəbər verir ki, Çempionlar Liqası (ÇL) və Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra, ümumilikdə, 9 komanda növbəti raunda yüksələcək.

Moldovada Gürcüstan “Saburtalo”suna 0:3 hesabı ilə uduzan “Şerif” səfərdə lazımı nəticəni təmin edə bilməsə, Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibi olacaq. Azərbaycan çempionu ÇL-də Albaniyanın “Partizani” kollektivini mübarizədən kənarlşadırmağı bacarmasa, çıxışını qitənin ikinci dərəcəli klub turnirində davam etdirəcək.

Tiranadakı ilk görüşdə qolsuz heç-heçə edən Ağdam təmsilçisi evdə rəqibindən üstün olarsa, ÇL-də “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

19:00. “Şkendiya” (Makedoniya) - “Nımme Kalyu” (Estoniya)

İlk oyun – 1:0

21:30. “Saburtalo” (Gürcüstan) - “Şerif” (Moldova)

İlk oyun – 3:0

22:00. “HB Torshavn” (Farer adaları) - HİK (Finlandiya)

İlk oyun – 0:3

22:00. “Valletta” (Malta) - “Düdelanj” (Lüksemburq)

İlk oyun – 2:2

22:45. “Ferronikeli” (Kosovo) - TNS (Uels)

İlk oyun – 2:2

22:45. “Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva)

İlk oyun – 0:0

 

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

19:00. “Banants” (Ermənistan) - “Çukariçki” (Serbiya)

İlk oyun – 0:3

21:00. “Klaksvik” (Litva) - “Riteryay” (Farer adaları)

İlk oyun – 1:1

22:30. “Titoqrad” (Monteneqro) - MOİK (Sofiya, Bolqarıstan)

İlk oyun – 0:4

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR