AVRO-2020: İtaliya finala çıxıb, İspaniya şansını itirib
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçirilib.
"Report"un məlumatına görə, 3 qrupda 8 qarşılaşma təşkil olunub. F və J qruplarında 3, D qrupunda isə bir oyun baş tutub.
İtaliya növbəti qələbə sayəsində vaxtından əvvəl final mərhələsinə vəsiqəni təmin edib. İspaniya isə belə bir şansını Norveçlə səfər matçında son dəqiqələrdə penaltidən buraxdığl qolla son turlara saxlayıb.
AVRO-2020
Seçmə mərhələ, VII tur
12 oktyabr
D qrupu
17:00. Gürcüstan - İrlandiya - 0:0
20:00. Danimarka - İsveçrə - 1:0
Qol: Yussuf Poulsen, 84
Xal durumu: İrlandiya – 12 xal (6 oyuna), Danimarka - 12 (6), İsveçrə - 8 (5), Gürcüstan – 5 (6), Cəbəllütariq – 0 (5).
F qrupu
20:00. Farer adaları - Rumıniya - 0:3
Qollar: George Puşkaş, 74. İonuts Mitritsa, 83. Klaudiu Keşerü, 90+4
22:45. Malta - İsveç - 0:4
Qollar: Markus Danielson, 11. Sebastian Larsson, 58; 71 (hər ikisi penalti ilə). Andrey Agius, 66 (öz qapısına)
22:45. Norveç - İspaniya - 1:1
Qollar: Coşua Kinq, 90 (penalti ilə) - Saul Nyiques, 47
Xal durumu: İspaniya – 19 (7 oyuna), İsveç - 14 (7), Rumıniya – 13 (7), Norveç - 10 (7), İsveç – 11 (6), Malta - 3 (6), Farer adaları - 0 (7)
J qrupu
20:00. Bosniya və Herseqovina - Finlandiya - 4:1
Qollar: İzet Hayroviç, 29. Miralem Pyaniç, 37 (penalti ilə); 58. Armin Hociç, 73 - Yoel Pohyanpalo, 79
22:45. İtaliya - Yunanıstan - 2:0
Qollar: Jorjinyo, 63 (penalti ilə). Federiko Bernardeski, 78
22:45. Lixtenşteyn - Ermənistan - 1:1
Qollar: Yannik Frik, 72 - Tiqran Barseqyan, 19
Xal durumu: İtaliya – 21 (7 oyuna), Finlandiya – 12 (7), Ermənistan - 10 (7), Bosniya və Herseqovina – 10 (7), Yunanıstan – 5 (7), Lixtenşteyn –2 (7).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət