Slimfit
  1. İDMAN

AVRO-2020: İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək

AVRO-2020: İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək
Sakura

AVRO-2020: İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura yekun vurulacaq.

"Report"un məlumatına görə, turun son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunacaq. A və B qruplarında 2, H qrupunda isə 3 matç keçiriləcək.

Son dünya çempionu Fransa Andorranı qəbul edəcək. Bu qrupda yer alan iddialı komandalardan Türkiyə Moldovanın, İslandiya isə Albaniyanın qonağı oalcaq.

A qrupunda ötən tur Çexiyanı 2:1 hesabı ilə məğlub edərək sensasiyaya imza atan Kosovo səfərdə İngiltərə ilə üz-üzə gələcək. Qrupun digər görüşündə isə Çexiya Monteneqro ilə qarşılaşacaq.

Nəhayət, B qrupunda Litva - Portuqaliya və Lüksemburq - Serbiya matçları baş tutacaq.

AVRO-2020, seçmə mərhələ

VI tur

A qrupu

22:45. İngiltərə - Kosovo

22:45. Monteneqro - Çexiya

Xal durumu: İngiltərə - 9 xal (3 oyuna), Kosovo – 8 (4), Çexiya - 6 (4), Monteneqro - 2 (4), Bolqarıstan – 2 (5).

B qrupu

22:45. Litva - Portuqaliya

22:45. Lüksemburq - Serbiya

Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 5 (3), Lüksemburq – 4 (4), Serbiya - 4 (4), Litva – 1 (4)

H qrupu

22:45. Albaniya - İslandiya

22:45. Fransa - Andorra

22:45. Moldova - Türkiyə

Xal durumu: Fransa - 12 xal (5 oyuna), Türkiyə - 12 (5), İslandiya – 12 (5), Albaniya – 6 (5), Moldova – 3 (5), Andorra – 0 (5).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR