Avro-2020: Azərbaycanın rəqibləri bilindi
İrlandiyanın paytaxtı Dublində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu millimiz E qrupunda mübarizə aparacaq.
Beləliklə, rəqiblərimiz son dünya çempionatının finalçısı Xorvatiya, Uels, Slovakiya və Macarıstan olacaq.
Qeyd edək ki, püşkatmaya görə millimiz D qrupuna düşsə də, orada Azərbaycan kimi, AVRO-2020-nin təşkilatçılarından Danimarka olduğu üçün komandamız E qrupuna salınıb.
A qrupu – İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro, Kosovo
B qrupu – Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq
C qrupu – Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus
D qrupu – İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəllütariq
E qrupu – Xorvatiya, Uels, Slovakiya, Macarıstan, AZƏRBAYCAN
F qrupu – İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları, Malta
G qrupu – Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya, Latviya
H qrupu – Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova, Andorra
I qrupu – Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan, San Marino
J qrupu – İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan, Lixtenşteyn
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət