Slimfit
  1. İDMAN

AVRO-2020: Azərbaycan millisinin rəqibi Belarusla yoldaşlıq oyunu keçirəcək

AVRO-2020: Azərbaycan millisinin rəqibi Belarusla yoldaşlıq oyunu keçirəcək
Sakura

AVRO-2020: Azərbaycan millisinin rəqibi Belarusla yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması yoldaşlıq oyunu keçirəcək.

Report” Uels Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rayan Giqqzin rəhbərlik etdiyi kollektiv sentyabrın 10-da Belarusla qarşılaşacaq. Saat 22:45-ə təyin edilən matçın baş tutacağı şəhər və stadion hələ dəqiqləşməyib.

Bu, britaniyalıların sentyabrda ikinci ev oyunu olacaq. Uels yığması Belarusla dueldən 4 gün əvvəl “Kardiff Siti” stadionunda Azərbaycan millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu komandalar arasında ikinci görüş noyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Uelslə Azərbaycan Macarıstan, Slovakiya və Xorvatiya yığmaları ilə birgə E qrupunda yer alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR