Slimfit
  1. İQTİSADİYYAT

Avrasiyanın enerji xəritəsini yenidən cızırıq: Prezident İlham Əliyev növbəti dəfə qaz böhranının həllini təklif edir

Avrasiyanın enerji xəritəsini yenidən cızırıq: Prezident İlham Əliyev növbəti dəfə qaz böhranının həllini təklif edir
Sakura

Avrasiyanın enerji xəritəsini yenidən cızırıq: Prezident İlham Əliyev növbəti dəfə qaz böhranının həllini təklif edir

Avropanın enerji böhranının qarşısını almaq yollarını axtardığı bir vaxtda Azərbaycan növbəti dəfə region ölkələrinin köməyinə çatdı. Dünən Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı imzalanmış Anlaşma Memorandumu Azərbaycanla Aİ ölkələri arasında enerji tərəfdaşlığının möhkəmlənməsi üzrə daha bir addımdır.

Bolqarıstan tərəfindən təklif edilmiş və Avropa Komissiyası tərəfindən dəstəklənmiş, "Həmrəylik halqası" (STRING) təşəbbüsü çərçivəsində hazırlanmış bu sənədin mahiyyəti Aİ, habelə Mərkəzi və Cənub-Şərqi Avropaya stabil təbii qaz tədarükünün təmin olunmasından ibarətdir. Bu təşəbbüs çərçivəsində əlavə qaz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernizasiya olunmuş qaz nəqli şəbəkələri ilə tədarük olunacaq.

Azərbaycan STRING təşəbbüsünün həyata keçirilməsində xüsusilə mühüm rol oynayır. Anlaşma Memorandumunun imzalanma mərasimindən sonra SOCAR-ın Sofiyada yeni ofisinin açılış mərasimi olub. Bundan başqa, "SOCAR Trading"in Avropada təbii qaz ticarəti həyata keçirmək üçün lisenziyası artıq təsdiq olunub.

İmzalanma mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya, bu ildən başlayaraq isə Rumıniyaya ixrac edilir.

Bundan başqa, bütün lazımi infrastruktur hazır olarsa, bu ilin sonundan etibarən Azərbaycan qazı Macarıstana və Slovakiyaya da çatdırılacaq.

2021-ci ildə Avropaya tədarük olunan Azərbaycan qazı 8 milyard kubmetr idisə, 2022-ci ildə tədarük artıq 11 milyard kubmetrə çatıb. Ölkə bu il regiona qaz ixracını 12 milyard kubmetrə çatdırmağı planlaşdırır. Ümumilikdə 2023-cü ildə dünya bazarına Azərbaycan qazının tədarükünün 24,5 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Bu həcmin təqribən yarısının Avropanın payına düşməsi faktı isə özü-özlüyündən xəbər verir.

"Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq", - Prezident İlham Əliyev deyib.

Sofiyada keçirilən tədbirdə bir sıra yüksək səviyyəli qonaqlar iştirak edib və onların hər biri Azərbaycana təşəbbüsünə görə minnətdarlığını və dəstəyini bildirib.

 

Tədbirdə çıxış edən Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın təkcə Bolqarıstanın deyil, bütün Aİ-nin strateji tərəfdaşı olduğunu qeyd edib.

"Deyə bilərəm ki, bugünkü uğur əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır. Son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir. Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur. Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir", - o deyib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz növbəsində hazırda Azərbaycan qazının tədarükünün Avropadakı enerji böhranının ən səmərəli həll yolu olduğunu qeyd edib.

Sofiyada baş tutan mərasimin kuluarlarında çıxış edən Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Azərbaycanın regionda mühüm enerji tədarükçüsü rolunu qoruyub saxlamaqda olduğunu vurğulayıb.

Mərasimdə çıxış edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson həmçinin qeyd edib ki, Avropa Komissiyası Azərbaycanla çalışmağa davam edəcək, belə ki, ölkə özünün etibarlı tərəfdaş olduğunu sübut edib.

Azərbaycanın bu gün Avropa üçün etdiyi regionda artmaqda olan enerji böhranını yumşaltmağın ən səmərəli yolu oldu. Bu faktla razılaşanların və Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışanların sayı ancaq artır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sazişləri və ya bəyannamələri imzalamaqla və qəbul etməklə artıq Aİ ölkələrinin üçdə biri ilə möhkəm əlaqələri təmin edib. İndi Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında son dərəcə mühüm qaz infrastrukturunun inkişafına və modernizasiyasına sərf etdiyi böyük səylərin bəhrəsini Avropa görə bilər və sarsıdıcı enerji böhranı artıq elə də həlledilməz görünmür. Prezident İlham Əliyevin hələ 2020-ci ildə "Cənub Qaz Dəhlizi" layihəsinin işə salınması ilə başlayan uzaqgörən enerji siyasəti bu gün Avropaya bu çətin vaxtlarda kömək etməyin yeganə olmasa da, ən uğurlu və düzgün yolu olaraq özünü sübut edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR