Slimfit
  1. AZƏRBAYCAN

Avey alban məbədi: Ay məbədi, yoxsa kilsə?

Avey alban məbədi: Ay məbədi, yoxsa kilsə?
Sakura

Avey alban məbədi: Ay məbədi, yoxsa kilsə?

Qədim məbəd Qazax rayonunun Daş Salahlı kəndinin ərazisində, Avey dağının cənub zirvəsində yerləşir.  4,5×3,5 m və 3,5×2,5 m  ölçülü iki nefli (otaqlı) məbəd yerli Avey daşından inşa edilib. Şimal hissəsinin tavanı tağvari, güney hissəsinin tavanı isə konusvari kümbəzlə tamamlanır. Məbəd dəniz səviyyəsindən 922 metr yüksəklikdədir.

Məbədin tarixi ilə bağlı rəsmi məlumat belədir: “Aparılmış qazıntılardan əldə edilən materiallara əsasən,  məbədin V-VII əsrlərdə Qafqaz Albaniyası dövlətinin  dövründə tikildiyi güman edilir.”  Lakin memarlıq üslubuna görə xristianlığa qədərki Albaniya dövrünün abidələrinə daha çox bənzəyir. Roma və yunan memarlıq üslubu hiss edilir. Görkəmli tarixçi Q.Qeybullayevin fikrincə, “Avey” sözü qədim türklərdə “Ay evi” mənasını verir və məbəd yunan Ay ilahəsi Selenanın şərəfinə inşa edilmişdir. Bildiyimiz kimi, xristianlığa qədərki Albaniyada çoxallahlı dinə sitayiş edilmişdir və burada Roma və yunan allahlarına səcdə olunurdu. Digər bir versiyaya görə isə, bura ov yeri (indi də Qazax dialektində “ov” sözü “oy” kimi də ifadə olunur) olub. Lakin buranın ov yeri olması bir qədər təəccüb və şübhə doğurur.

Məbədin həyətində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşlarının birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır.

Bu məbədin dağın zirvəsində, sıldırımlı qayanın üzərində tikilməsi onu göstərir ki, bu məbəd xalqa açıq yer olmayıb. Yəni fikrimizcə, bura seçilmiş insanların – kahinlərin müəyyən vaxtlarda dini ayinləri icra etmək üçün gəldiyi bir ünvan olub. Qazax rayonunun hazırda işğal altında olan Aşağı Əskipara kəndi ərazisində, Coğaz çayının sol sahilində yerləşən başqa bir alban kilsəsindən fərqi açıq-aydın hiss olunur. Belə ki, ikinci abidədə xristianlıq elementləri ilk baxışdan sezilir və yaşayış məntəqəsi ərazisində, xalqa açıq şəkildə yerləşmişdir. Əlavə olaraq, onu da qeyd edək ki, ikinci abidənin qapılarının başında alban xaçı var; sütunlarında nəbati və balıq şəkillərdən bəzək elementləri görünür. Suriya üslubunda V-VIII əsrlərdə inşa edilib. Həyətində yazılı qəbir daşları olub. Bu daşlardan birinin üstündə qarqarca yazılıbmış: “Yurdumuzu tərk etmədik, qriqorianlara əyilmədik, qırıldıq…”

Avey məbədi haqqında Wikipedia-da məlumatlar axtararkən qarşımıza, bu məbədin xristian Ermənistanına mənsub olduğu, Meşrop Mastos tərəfindən əsası qoyulduğu və adının da Subsarkis dağında yerləşən “Müqəddəs Sarkis monastrı” olduğu qeyd olunur.

Sonda, mövzuya birbaşa aidyyatı olmasa da, bir məlumatı qısaca qeyd etmək istərdik. Belə bir versiya var ki, qədim albanlar Aya “xaş” deyirdilər və Ay ilahəsinin (Selenanın) şərəfinə gecə, Ay doğan zaman qurban kəsir və yoxa çıxanadək bişirərmişlər. Yemək bişəndən sonra yalnız kahinlər bu yeməyi yeyərmişlər. (İndi xaşa yalnız kişilərin getməsi ənənəsi bəlkə də burdan doğur)

Mənbə:Libre.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR