Slimfit
  1. TEXNOLOGİYA

Autizmli yeniyetmə Aumi tətbiqini hazırlayıb

Autizmli yeniyetmə Aumi tətbiqini hazırlayıb
Sakura

Autizmli yeniyetmə Aumi tətbiqini hazırlayıb

Gənc proqramçı Ethan Sholkross autizmli xəstələr və digər psixoloji problemli insanlar üçün həyəcan və təşvişin öhdəsindən gəlməyə yardım edəcək tətbiqin əsasını qoyub. Bu barədə Forbes yazır.

18 yaşlı Ethan özü də autizm xəstəsidir. “Aumi tətbiqi autizmli insanların maraqlarına cavab verir – bu bütövlükdə tətbiqin dizaynına və funksionallığına təsir edib. Lakin o təkcə autizm xəstələri üçün deyil. Tez-tez güclü təşviş-həyəcan keçirən və psixoloji problemlərdən əziyyət çəkənlər də bu tətbiqdən faydalana bilərlər” – deyə, Ethan bildirib.

Aumi əhval-ruhiyyəyə nəzarət edir, enerjini və onun sərfini heaba alır, gündəlik cədvəli planlayır və digər istifadəçilərlə ünsiyyət üçün profil yaradır.

Gənc, əvvəlcə öz simptomlarını idarə etmək üçün tətbiq yaradır, lakin bu işləmlərin artıq ona uyğun gəlmədiyini görür və zamanla tətbiqi ona ehtiyacı olan digər insanlarla da bölüşməyə qərar verir.

Aumi daha ilin əvvəli buraxılmasına baxmayaraq artıq Böyük Britaniya və Niderland bazarında satış mövqeyinə yiyələnib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR