Britaniyalı alimlərin araşdırması erkən uşaq autizmini körpənin həyatının ilk 6 ayı ərzində aşkar etməyə…
Britaniyalı alimlərin araşdırması erkən uşaq autizmini körpənin həyatının ilk 6 ayı ərzində aşkar etməyə imkan verəcək.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 4-6 aylıq uşaqlar üzərində tədqiqatın birinci mərhələsi başa çatıb. Bu araşdırmada neyrovizualisiya texnologiyasından istifadə edilməsi sayəsində alimlər oyun müddətində körpələrin beyninin fəallığını və inkişafını müşahidə edə biliblər. Tədqiqat məqsədilə həm real autizmdən əziyyət çəkən ailələrdən, həm də sağlam ailələrdən olan körpələr seçilib. Uşaqlara eyni sosial stimulyasiyalar tətbiq edilib. Uşaq ətrafında baş verənləri anlamadığı üçün sosial manipulyasiya kimi “gizlənpaç” oyununu seçiblər. Bu halda valideyn öz ovucları arxasında “gizlənir”. Oyun müddətində körpələrin beyninin işini təhlil edən alimlər bu qənaətə gəliblər ki, autizmə meyilli uşaqların beyni qeyri-səciyyəvi şəkildə işləyir, uşaq özü isə stimulyasiyaya pis reaksiya verir və “buludlarda uçur”.
Alimlər növbəti araşdırmanı 3 yaşlı uşaqlar üzərində aparmağı, oyunun köməyi ilə körpələrdə autizm əlamətləri aşkar etmək nəzəriyyəsini yoxlamağı planlaşdırırlar. Dünyada autizmdən əziyyət çəkən pasiyentlərin dəqiq statistikasının aparılmaması alimləri narahat edir. Rusiyada isə mövcud olmayan kiçiltməyə və bu cür simptomları “şizofreniya” diaqnozu kimi xarakterizə etməyə çalışırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət