Slimfit
  1. AZƏRBAYCAN

Autizm sindromlu uşaqlarla bağlı film təqdim olundu

Autizm sindromlu uşaqlarla bağlı film təqdim olundu
Sakura

Autizm sindromlu uşaqlarla bağlı film təqdim olundu

Dekabrın 14-də “Rifah Gold” Psixoloji Reabilitasiya və Nitq İnkişafı Mərkəzi tərəfindən hazırlanmış və “Azərbaycan ailəsi 2018” film festivalında mükafata layiq görülən “Bitməyən ümid” filminin təqdimat mərasimi keçirilib. 

Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Vüsalə İbrahimova bildiirb ki, filmdə autizm sindromlu uşaqların cəmiyyətə adaptasiyası problemlərindən söhbət açılır, valideynlərin vaxtında bu uşaqları mütəxəssislərin qəbuluna aparmasından və nəticədə həmin uşaqların cəmiyyətə qazandırılmasından danışılır.

Qeyd olunub ki, “Bitməyən ümid” filminin “Azərbaycan ailəsi 2018” film festivalında mükafata layıq görülməsi ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların daim diqqət mərkəzində olması və onların cəmiyyətə adaptasiyası istiqamətində görülən işlərə böyük önəm verildiyi sübut edir.

Tədbirdə filmin rejissoru Vüqar Camal, xalq artisti Fidan Hacıyeva, autizmli uşaqların valideynləri və digərləri çıxış edərək filmin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, cəmiyyətdə bu tipli uşaqlarla bağlı yanlış yanaşmalar da mövcuddur. Belə halların baş verməməsi üçün maarifləndirmə işləri gücləndirilməli, yeni-yeni layihələr, sosial çarxlar hazırlanmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR