Slimfit
Autizm
Sakura

Autizm

Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən mutasiyalardanmı qaynaqlandığı çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1.000 adama bir ya da iki halda olaraq təxmin edər, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı aydın deyil.

Autizm beyinin bir çox qisiminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda, bunda müvəffəq ola bilməkdədir.

Autizmin adı qoyulmadan çox əvvəl autistik simptomlar və müalicəsi təyin olunmuşdur. Martin Lüterin əsərlərində şiddətli dərəcədə autistik ola biləcək olan 12 yaşında bir oğlanın əhvalatı vardır. 1798-ci ildə tutulmuş yabanı bir uşaq olan Aveyronlu Viktor, autizmin müxtəlif əlamətlərini göstərmişdir; tibb üzrə oxuyan tələbə Jean Itard, ictimai bağlar qurmasına və təqlid yoluyla danışmasını təmin etməyə yarayan davranış üsullu bir proqramla uşağı müalicə etmişdir.

Neo-Latın autismus sözcüyü İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə törədilmişdir. Bleuler sözcüyü Yunanca autos (αὐτός, öz mənasında) sözcüyündən törətmiş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında istifadə etmişdir: "Çöldən gələn hər hansı bir təsirin dözülməz bir rahatsızlıq verməsinə qarşı xəstənin fantaziyalarına autistik çəkilməsi. "

Autizm sözcüyü bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərinə apardığı Almanca bir dərsdə Bleulerin "autistik psixopatlar" terminologiyası ilə istifadə edilmişdir. Asperger, hal-hazırda Asperger sindromu olaraq bilinən bir ASP növünü araşdırırdı, ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir diaqnoz olaraq tanınmamışdır. Johns Hopkins Xəstəxanasından Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərliklər göstərən 11 uşaq haqqında yazdığı hesabatında ilk olaraq erkən infantil autizm terminini istifadə etmişdir. Kannerin ilk məqaləsində təyin olunan, xüsusilə "Autistik yalnızlıq" və "dəyişməməkdə israr" kimi xüsusiyyətlərin az qala bütünü hələ autistik spektrum pozuqluqlarının tipik xüsusiyyətləri olaraq görülməkdədir. Kannerin, termini Aspergerdən asılı olaraq istifadə edib, etmədiyi bilinməməkdədir.

Kannerin autizm sözcüyünü təkrar istifadə etməsi illərcə "infantil şizofreniya" kimi terminologiya qarışıqlığına gətirib çıxardı və 20-ci əsrin ortalarında uşaq psixiatriyasının ana məhrumluğu üzərinə sıxlaşması, autizmin, "soyuducu analara" uşağın reaksiyası olduğu kimi səhv mövzulara gətirib çıxardı. 1960-cı illərin sonundan başlayaraq autizmin, həyat boyu sürdüyünü, zəka geriliyi, şizofreniya və digər inkişaf pozuqluqlardan fərqini və valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərərək ayrı bir sindrom olduğu qəbul edildi. 1970-ci illərin ortalarına qədər autizmdə genetikin rolu üzərinə çox az dəlil var idi. Ancaq indiki vaxtda autizmin bütün psixiatrik vəziyyətlər içində ən irsi olanı olduğu hesab edilir. Valideynlər təşkilatlarının ortaya çıxışı və uşaqlıq ASP haqqındakı ictimai stigmanın(utanc verici) yıxılması ilə birlikdə ASP təsirləri, sərhədləri və müalicəsi haqqında görüşlər böyük ölçüdə təsirlənmişdir. Ümumi Şəbəkə, autistik fərdlərlə bacarma, çətinlik çəkdikləri sözsüz işarələrdən və romantik paylaşmadan ayrıca olaraq ayıq qruplara qatılmalarına və uzaqdan işlərinə köməkçi olmuşdur. Autizmin sosioloji və mədəni istiqamətləri inkişaf etmişdir; birlik içində bəziləri bir çarə axtarmaqda, digərləri isə autizmin mövcudluğun yalnız başqa bir yolu olduğuna inanmaqdadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR